Göygöldəki dəhşətli qəzada ölən sürücü məşqçi imiş - FOTOLAR

3 İyul 2022 12:40 Hadisə 652
Göygöldəki dəhşətli qəzada ölən sürücü məşqçi imiş - FOTOLAR

Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib.

Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən, magistralda hərəkətdə olan “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb.

Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub.

O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

Göygöldəki qəzada gənc ailə məhv olub

Göygöldə baş verən ağır qəzada vəfat edən sürücü Orxan Hümbətov məşqçi olub. O, Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunda cüdo üzrə məşqçi işləyib.

1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar.

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş...

Onlar “Rabitə avadanlıqlarının quraşdırıcısı” ixtisasının 1 ci kurs tələbələri olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti