Ukraynada hadisə: Odessaya raket zərbəsi endirildi, 17 ölü var - FOTOLAR

1 İyul 2022 12:30 Hadisə 321
Ukraynada hadisə: Odessaya raket zərbəsi endirildi, 17 ölü var - FOTOLAR

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket hücumu həyata keçirib.

Bu haqda Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk teleqram kanalında bildirib.

“Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar – sonra”, - o qeyd edib.

Hadisə “Pivden” əməliyyat komandanlığından jurnalistlərə də təsdiqlənib.

Sosial şəbəkələrdə yerli sakinlər raket zərbəsinin çoxmərtəbəli yaşayış binasını dağıtdığını, dağıntılar altında insanların qaldığını yazıb. İstirahət mərkəzinə də ziyan dəydiyi, bir çox binaların pəncərə şüşələrinin uçduğu bildirilir.

Raket hücumları nəticəsində Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsində 17 nəfər həlak olub. Daha 30 nəfərin isə yaralandığı bildirilir.




Digər Xəbərlər
Xəbər Lenti