3+1 illik sözləşmə imzalandı - Kot d İvuarlı yarımmüdafiəçi ilə

29 İyun 2022 02:30 Hadisə 1 480
3+1 illik sözləşmə imzalandı - Kot d İvuarlı yarımmüdafiəçi ilə

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Tel-Əviv) Parfe Giaqonla müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, kot d İvuarlı yarımmüdafiəçi ilə 3+1 illik sözləşmə imzalanıb.

2019-ci ildən paytaxt klubunda çıxış edən 21 yaşlı oyunçu ötən həftə koronavirusa yoluxub. 2021/2022 mövsümünü icarə əsasında Netaniya "Makkabi"sində keçirib və 29 oyuna 5 qol vurub.

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək.

İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!