Futbolçu məşhur fotomüxbirin telefonunu sındırdı - VİDEO

28 İyun 2022 02:10 Hadisə 486
Futbolçu məşhur fotomüxbirin telefonunu sındırdı - VİDEO

Sportinfo.az xəbər verir ki, kolumbiyalı müğənni Şakiradan ayrılan Jerar Pike əsəbi davranışları ilə diqqət çəkməyə başlayıb.

Belə ki, “Barselona”nın müdafiəçisi məşhur fotomüxbir Xordi Martinonun telefonunu sındırıb.

“O, mənim mobil telefonumu yerə çırpdı, ardınca isə maşınına minib getdi”, - deyə Xordi Martino vurğulayıb.

İspaniya mətbuatı yazır ki, Xordi Martino hava limanında Pikedən etdiyi hərəkətin izahını istəyəndə müdafiəçi yenidən qəzəblənərək özündən çıxıb.

Öz növbəsində Şakira da futbolçu ilə ayrıldıqdan sonra çətin günlərini yaşayır. Müğənninin mütəmadi olaraq təqib olunduğu bildirilir.

Şakiranın qardaşı Tonino Mebarak bacısının yaşadığı evin yaxınlığında bir neçə naməlum kişinin mütəmadi olaraq gəzişdiyini bildirib.

T.Mebarak bununla əlaqədar artıq polisə də müraciət edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı