“Dedilər ki, pul xərcləməyə imkanları yoxdur, çünki mən çox bahalıyam”

27 İyun 2022 12:20 Hadisə 1 115
“Dedilər ki, pul xərcləməyə imkanları yoxdur, çünki mən çox bahalıyam”

Argentinalı futbolçu Qonsalo İquayn vaxtı ilə “Arsenal”a transferinin baş tutmamasından danışıb.

Sportinfo.az xəbər verir ki, İquayn, baş tutmayan transferi haqqında bunları deyib:

“Napoli”yə keçməmişdən əvvəl “Arsenal”la müqavilə imzalamaq imkanım oldu. Danışıqlarımız oldu, amma məni almadılar.

Məsut Özilin transferini 80 milyon avroya təşkil etdilər. Mənə dedilər ki, pul xərcləməyə imkanları yoxdur, çünki mən çox bahalı futbolçuyam.

Bundan dərhal sonra “Napoli”yə getdim və iki gün sonra “Arsenal”ın Özili 80 milyon avroya transfer etdiyini eşitdim. Çox təəccübləndim”.

İquayn “Real”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi” və “River Pleyt” kimi klublarda oynayıb. İndi isə o, MLS klublarından “İnter Mayami”də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti