“Zirə”yə qol vurmaq üçün məşhur hücumçunu transfer etdilər

27 İyun 2022 01:00 Hadisə 877
“Zirə”yə qol vurmaq üçün məşhur hücumçunu transfer etdilər

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Eran Zahavini transfer edib. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Eran Zahavi 2020-ci ilin yayından PSV-də çıxış edirdi.

Məşhur hücumçu başa çatan mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 46 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

34 yaşlı hücumçü İsrailin "Hapoel", İtaliyanın "Palermo" və Çinin "Quançoo" klubunda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti