“Kəpəz“i sevən gəncəli XOŞ və PİS gün söhbəti etdi

26 İyun 2022 19:40 Hadisə 1 003
“Kəpəz“i sevən gəncəli XOŞ və PİS gün söhbəti etdi

“Mənim üçün çox sevindirici məqamdır ki, uzun aradan sonra - 2015-ci il komanda Premyer Liqaya qayıdanda burada idim və bu gün yenə olduğum yerdəyəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz“in hücumçusu Tural Rzayev deyib.

O, ən çətin gündə də sevimli klubunu tərk etmədiyini və yenidən yüksək liqaya qayıtmağı səbrsizliklə gözlədiyini bildirib:

“Həm Premyer Liqada, həm də Divizionda "Kəpəz"in şərəfin qorumuşam. Xoş günündə olduğu kimi, pis günündə də sevimli komandamın yanında olmuşam.

Düzdür, arada Gəncədən ilyarım uzaq düşmüşdüm. Onda da Litvada legioner həyatı yaşayırdım.

Hər zaman"Kəpəz" üçün bütün gücümü verməyə hazıram. Fəxr edirəm ki, "Kəpəz"in formasın ən çox geyinən futbolçulardan biriyəm.

İnşallah, Premyer Liqa həm mənim, həm də "Kəpəz" üçün daimi olar. Hədəflərimiz ildən-ilə artar.

Çempionluq yaşayarıq. Çünki bu şəhər belə uğurları haqq edir”.

Digər Xəbərlər
Xəbər Lenti