"Qəbələ" və "Neftçi"nin rəqibləri bir-birini "dişinə vuracaq"

26 İyun 2022 00:40 Hadisə 457
"Qəbələ" və "Neftçi"nin rəqibləri bir-birini "dişinə vuracaq"

"Qəbələ" və "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı ilə Kipr "Aris"i arasında yoxlama görüşü keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma iyunun 10-da Avstriyanın Loypersdorf şəhərində oynanılacaq.

Bakı vaxtı ilə saat 19:30-da başlanacaq matç hər iki komandanın təlim-məşq toplanışına təsadüf edəcək.

Macarıstan təmsilçisinin digər rəqibləri isə Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları olacaq. Oyunlar müvafiq olaraq, 6 iyul saat 20:30-da və 13 iyul saat 21:00-da başlanacaq.

"Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də evdə, "Neftçi" isə "Aris"lə start qarşılaşmasını həmin gün səfərdə keçirəcək. Cavab görüşləri isə 28 iyulda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı