Daha bir legioner transfer etdi - "Neftçi"nin rəqibi

25 İyun 2022 02:00 Hadisə 508
Daha bir legioner transfer etdi - "Neftçi"nin rəqibi

Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.

Sportinfo.az xəbər verir ki, Limasson klubu slovakiyalı yarımmüdafiəçi Yulius Syokeni heyətinə qatıb. 27 yaşlı oyunçu ilə müqavilənin müddəti bəlli deyil.

Syoke ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) komandasının heyətində 14 görüşə çıxıb. O, Belarusun "Şaxtyor" (Soliqorsk) klubunda 4 il (2018 - 2021) forma geyinib, 6 qol vurub.

Daha əvvəl "Aris" İspaniya "Marbelya"sının hücumçusu Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə də imzalanmış müqavilənin detalları açıqlanmayıb.

"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"