Azərbaycan klubunda yeni idman direktoru təqdim olundu - FOTOLAR

25 İyun 2022 01:50 Hadisə 15 537
Azərbaycan klubunda yeni idman direktoru təqdim olundu - FOTOLAR

"Kəpəz"in əsas komandasının məşqindən öncə klubun idman direktoru təyin olunan Mehman Allahverdiyev kollektivə təqdim edilib.

SportİNFO.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər"in icraçı direktoru İlqar Nadiri və baş məşqçi Yaşar Vahabzadə Mehman Allahverdiyevi təbrik edərək ona uğurlar arzulayıblar.

Bu təyinatın komandaya uğur gətirəcəyinə inandıqlarını bildiriblər.

Mehman Allahverdiyev etimada görə klub rəhbərliyinə təşəkkür edib. "Kəpəz"in uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti