AFFA-dan uzaqlaşdırılan şəxs danışdı: "UNUTMAYACAM"

24 İyun 2022 13:20 Hadisə 1 051
AFFA-dan uzaqlaşdırılan şəxs danışdı: "UNUTMAYACAM"

"Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam”!

Sportinfo.az xəbər verir ki, bunu AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq Hakimlər Komitəsinin sədri Frits Ştuxlik qurumun rəsmi saytına açıqlamasında deyib.

Avstriyalı mütəxəssis bildirib ki, son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində pozitiv dəyişiklikləri görmək çox xoşdur:

"Təkcə Premyer Liqa və I Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub.

Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub.

Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"