Azərbaycan futbolunda ŞOK QƏRARın BİABIRÇI SƏBƏBLƏRİ

24 İyun 2022 11:00 Hadisə 1 638
Azərbaycan futbolunda ŞOK QƏRARın BİABIRÇI SƏBƏBLƏRİ

AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikin iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmayıb.

Milli assosiasiya 2018-ci il sentyabrın 14-dən bu vəzifədə çalışmış avstriyalı mütəxəssisə fəaliyyəti qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.

Daha əvvəl AFFA 21 yaşadək futbolçulardan ibarət milli komandanın serbiyalı baş məşqçisi Milan Obradoviçlə də yollarını ayırıb.

Sportinfo.az mayın 11-də AFFA-nın Stuxliki göndərəcəyini açıqlamışdı. Həmin xəbəri «Rövnəq Abdullayevdən tapşırıq: Klubların şikayətçi olduğu bu şəxsi işindən azad edin!» başlığı ilə tirajlamışdıq (https://www.sportinfo.az/idman_xeberleri/gundem/139727.html).

İnformasiyanın məğzi ondan ibarətdir ki, Premyer Liqa təmsilçiləri bu sahədəki çoxsaylı problemlərdən, qərəzli idarəçilik və sifarişli qərarlardan şikayətçidir.

Avstriyalının kreslodan atılmasının başqa səbəbləri də var.

Çox maraqlıdır ki, R.Abdullayev bu haqda yenicə məlumat tutub. Söhbət komitə sədrinin milli dəyərlərimizə, mentalitetimizə zidd hərəkətlərə yol verməsi, bununla, AFFA-nın reputasiyasına ciddi zərbə vurmasıdır.

Etik prinsipləri nəzərə alaraq, Stuxlikin konkret nələr etdiyini adıyla yazmırıq. Sadəcə, onu əlavə edə bilərik ki, avstriyalının əməlləri haqda federasiyanın prezidentinə çoxsaylı informasiya daxil olub.

Qərbi avropalını Azərbaycana gətirən və sorn günə kimi müdafiə edən şəxs Elxan Məmmədov idi. AFFA-nın ovaxtkı icraçı vitse-prezidentinin marağı və məqsədi nə idisə, ona görə hər şeyə göz yumurdu.

İstər klub nümayəndələri, istərsə də hakimlər sədrdən dəfələrlə şikayətlənsə, ortalığa faktlar qoysa da, E.Məmmədov fikrindən dönmürdü. Aralarında nə alış-veriş varıydısa...

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!