
Venesuelanın “Estudiantes de Merida” klubunun prezidenti Kristian Toni və daha 5 nəfər təyyarə qəzasında həlak olub.
Sportinfo.az xəbər verir ki, “Learjet” markalı kiçik təyyarə Miranda ştatında qəzaya uğrayıb.
Axtarış-xilasetmə xidməti bütün sərnişinlər və heyət üzvləri də daxil olmaqla 6 nəfərin həlak olduğunu bildirib.
Venesuela Futbol Federasiyası faciə ilə bağlı başsağlığı verib. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.