
"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın III liqasında çıxış edən "Marbelya"dan Karlos Espositonu transfer edib.
18 yaşlı ispaniyalı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Gənc forvard ötən mövsüm "Marbelya"nın U-19 komandasında 26 oyuna 16 qol vurub.
Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.