Futbolçular dalaşdı, prezidentin bu qərarı komandanı aşağı liqaya saldı - VİDEO

23 May 2022 15:40 Hadisə 826
Futbolçular dalaşdı, prezidentin bu qərarı komandanı aşağı liqaya saldı - VİDEO

Bolqarıstan çempionatında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, əsas liqada qalmaq uğrunda mübarizə aparan “Tsarsko Selo" son turda “Lokomotiv” (Sofiya) ilə üz-üzə gəlib.

Hesab 1:1 olarkən komanda penalti vurmaq hüququ qazanıb. Lakin komandanın iki futbolçusu Yaffa Yusuf və Martin Kavdanski 11 metrlik cərimə zərbəsini vurmaq uğrunda dava edib.

Meydana klubun prezidenti Stoyne Manolov girib və penaltini Kavdanskinin yerinə yetirəcəyini bildirib.

Kavdanski isə penaltidən yararlana bilməyib. Nəticədə “Tsarkso Selo” aşağı liqaya yuvarlanıb.

Bundan sonra isə azarkeşlər klubun prezidentini tənqid atəşinə tutublar.

Digər Xəbərlər
Xəbər Lenti