Premyer Liqa çempionu olan baş məşqçinin göz yaşları – FOTO

23 May 2022 10:20 Hadisə 596
Premyer Liqa çempionu olan baş məşqçinin göz yaşları – FOTO

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 38-ci turunun “Aston Villa” ilə oyunundan (3:2) sonra emosiyalarını saxlaya bilməyib və göz yaşlarına boğulub.

Sportinfo.az xəbər verir ki, qələbə 51 yaşlı mütəxəssisə “Mançester Siti”nin “sükanı arxasında” dördüncü çempionluğu gətirib.

O, 2016-cı ildən komandanı çalışdırır.

“Mançester Siti” 93 xal toplayıb və ikinci pillədəki “Liverpul”u bir xal qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti