Ruslan Abışovun formasını geyindiyi tanınmış klub Premyer-liqanı tərk etdi

23 May 2022 00:20 Hadisə 855
Ruslan Abışovun formasını geyindiyi tanınmış klub Premyer-liqanı tərk etdi

Rusiya çempionatında 2021/2022 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Zenit"in çempion olduğu mövsümdə Rusiyanın məşhur klublarından olan "Rubin" Premyer-liqanı tərk edib.

İki dəfə ölkə çempionu olmuş (2007/2008, 2008/2009) Kazan təmsilçisi 30 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Yığmamızın müdafiəçisi Ruslan Abışovun vaxtilə formasını geyindiyi "Rubin"dən başqa, Tula "Arsenal"ı da aşağı liqaya düşüb. "Ximki" və "Ufa"nın Premyer-liqada qalıb-qalmayacağı isə pley-off matçlarından sonra bilinəcək.

Digər Xəbərlər
Xəbər Lenti