İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı

20 May 2022 14:30 Hadisə 1 209
İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ssərəncama görə Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti