Premyer Liqada çalışan baş məşqçi onu ələ salan şəxsə təpik vurdu - FOTO

20 May 2022 15:40 Hadisə 497
Premyer Liqada çalışan baş məşqçi onu ələ salan şəxsə təpik vurdu - FOTO

“Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra İngiltərə çempionatının 33-cü turunun “Everton”la (2:3) təxirə salınmış oyununda azarkeşi təpikləyib.

Sportinfo.az xəbər verir ki, 85-ci dəqiqədə “Everton”un hücumçusu Dominik Kalvert-Lyuin qonaqların qapısına 3-cü – qələbə qolunu vurub.

Bu qoldan dərhal sonra “Everton” azarkeşləri meydana daxil olublar. Azarkeşlərdən biri Vieyranı ələ salmağa başlayıb, bundan sonra məşqçi onu təpikləyib.

Zərbə nəticəsində fanat qazona yıxılıb. Bir neçə azarkeş məşqçini itələsə də, digərləri münaqişənin daha da alovlanmasına imkan verməyib.

37 turdan sonra “Kristal Pelas” 45 xalla Premyer Liqada 13-cü pillədə qərarlaşıb. “Everton” isə 39 xalla turnir cədvəlinin 16-cı pilləsindədir.

Digər Xəbərlər
Xəbər Lenti