Kapitan Azərbaycan ilə oyunda iştirak etməyəcək

16 May 2022 13:40 Hadisə 487
Kapitan Azərbaycan ilə oyunda iştirak etməyəcək

Qazaxıstan iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

"Turan"ın kapitanı Azat Nurqaliyev dizindən zədə alıb.

36 yaşlı yarımmüdafiəçinin çarpaz bağlarından xəsarət aldığı və mövsümü başa vuracağı ehtimal olunur.

Nurqaliyev cari mövsüm komandasının heyətində 6 oyun keçirib və 1 qol vurub.

Daha əvvəl komandanın 10 üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub. Qazaxıstan iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.

Azərbaycan yığması iyunun 6-da Serbiyada Belarusla, 3 gün sonra Bakıda Slovakiya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti