"Bursaspor" II Liqaya düşdü, Namiqin ayrılmaq vaxtı çatdı

14 May 2022 19:00 Hadisə 1 068
"Bursaspor" II Liqaya düşdü, Namiqin ayrılmaq vaxtı çatdı

Namiq Ələskərovun formasını geyindiyi "Bursaspor" Türkiyə I Liqasında 37-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Bursa təmsilçisi "Bandirmaspor"un qonağı olub.

Matç ev sahiblərinin 4:2 hesalı qələbəsi ilə başa çatıb. Millimizin yarımmüdafiəçisi start heyətində meydana çıxıb və hesabda 2:3 geridə olduqları vaxt - 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 41 xalda qalan "Bursaspor"un yarışın bitməsinə 1 tur qalmış I Liqanı tərk edəcəyi dəqiqləşib.

Komanda 41 xalla 16-cı pillədə qərarlaşıb. "Badirmaspor" isə 61 xalla 3-cü pilləyə yüksəlib.

Beləliklə, "Bursaspor" növbəti mövsüm II liqada mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti