Azərbaycanlı futbolçudan HƏDƏ-QORXU MESAJI: “Ehtiyatlı ol, sənə...” - FOTO

26 Yanvar 2022 20:40 Hadisə 1 604
Azərbaycanlı futbolçudan HƏDƏ-QORXU MESAJI: “Ehtiyatlı ol, sənə...” - FOTO

“Feysbuk”da futbol səhifələrindən birinin yerləşdirdiyi paylaşım səs-küyə səbəb olub.

Geniş izləyici kütləsinə sahib olan səhifənin admini “Xan Lənkəran”ın Antalyaya təlim-məşq toplanışına yollanmasına istehza ilə yanaşaraq bu sözləri yazıb:

“Region Liqasında çıxış edən “Xan Lənkəran” təlim-məşq toplanışının əsas hissəsini Türkiyədə keçirəcək. Yaxın zamanlarda maliyyə böhranından iflas edəcək klubun adı bəlli oldu.

“Keşlə” və “Səbail” pul tapıb ölkə xaricinə gedə bilmədi. Region Liqasında çıxış edən klub üçün Türkiyədə təlim-məşq toplanışı artıq xərcdir”.
Məlum paylaşım cənublu futbolsevərlərin narazılığına səbəb oldu. Şərh bölməsində kifayət qədər etiraz mesajları yazılıb.

“Xan Lənkəran”ın futbolçusu Nurlan Əmirov isə qəzəbini səhifənin mesaj bölməsinə yazdıqları ilə boşaltmağa çalışıb.

“10 nömrə”nin “Bir az ehtiyatlı ol, sənə xəbərdarlıq edirəm sözləri”nin top dalınca qaçan birinin adına nə dərəcədə yaraşdığına qiymət verməyi öhdənizə buraxırıq.

Aşağıdakı fotoda yazışmanın məzmunu ilə tanış ola bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!