Məşhur futbolçunun həyatını xilas edənlər - "Fair play" və ilin ən yaxşı azarkeşi

19 Yanvar 00:20 Hadisə 300
Məşhur futbolçunun həyatını xilas edənlər - "Fair play" və ilin ən yaxşı azarkeşi

2021-ci ilin "fair play" mükafatının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mükafata AVRO-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb.

Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.

Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti