Azərbaycanda oynamış legioner yeni sahədə məşhurlaşır - FOTO

17 Yanvar 2022 20:40 Hadisə 813
Azərbaycanda oynamış legioner yeni sahədə məşhurlaşır - FOTO

Paulius Paknis ad-soyadı bəlkə də çoxlarının xatirində deyil.

Litvalı sabiq futbolçu vaxtilə ölkəmizdə legioner həyatı yaşayıb,

2010-2011-ci illər aralığında “İnter”lə “Simurq”un uğurları üçün tər töküb.

Futbolçu karyerasını erkən, 2012-ci ildə, cəmi 28 yaşında başa vuran Paknis futbol sahəsində özünə yeni sənət tapıb. O, artıq xeyli vaxtdır futbolçuların menecerliyini edir.

Və bu sahədə ciddi işlər gördüyünü deyə bilərik.

Paulius xüsusən gənc futbolçularla çalışır ki, onların tanınmış klublara keçidinə vasitəçilik edir.

Ötən yay 17 yaşlı Faustas Stepanoviçyusun “Panavejis”dən “Cenoa”ya, 18 yaşlı Samba Diallonun “Daru Salam”dan Kiyev “Dinamo”suna keçidinə vasitəçilik edib.

Polşalı Karol Filanın “Lexiya”nı “Strasbur”a, Edqaras Utkusun “Monako”nu “Serkl Brügge”yə, Yaroslav Mihalikin “Lexiya”nı Petah-Tıkva “Makkabi”sinə dəyişməsində agent rolunu oynayıb.

Azərbaycana da futbolçu göndərib. Bu, “Səbail”in formasını geyinən Domantas Şimkusdur.

Bir neçə gün əvvəl isə Əlcəzair yığmasının üzvü Mehdi Zeffaninin “Krılya Sovertov”dan “Yeni Malatyaspor”a keçidinin menecerliyini edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti