"Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım"

16 Yanvar 2022 19:20 Hadisə 1 037
"Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım"

"Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, həmin vaxtlarda futbol matçlarından daha çox, oyundan sonra nə olacağını gözləyib:

"Şadam ki, bu asılılıqdan canımı qurtardım. Düzdür, proses ağrılı keçdi, amma mənim üçün yaxşı dərs oldu.

Çünki həmin ərəfədə gerilədim, futbolda uğursuzluqlarım çox oldu. Gecə klubları karyeramı məhv edə bilərdi.

Buna baxmayaraq, hər şeyə yenidən başladım. Bunda həyat yoldaşımın da böyük rolu oldu".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!