Gənc idmançı və nişanlısı avtomobil qəzasında öldü - FOTO

7 Dekabr 2021 02:10 Hadisə 567
Gənc idmançı və nişanlısı avtomobil qəzasında öldü - FOTO

İtaliyalı fiqurlu konkisürən Elli Mattiutsso avtomobil qəzasında dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, hadisə dekabrın 4-də San-Marino rayonunda baş verib.

İtaliyalı 18 yaşlı idmançı yol qəzasında öldü

18 yaşlı idmançı şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyət vasitəsi qarşı zolağa çıxıb və digər maşınla toqquşub. Qəza zamanı Mattiutssonun nişanlısı da ölüb.

Elli Mattiutsso 2019-cu ildə İtaliyanın gənclərdən ibarət yığmasının heyətində sinxron konkisürmə üzrə dünya çempionatında iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti