Namiqin möhtəşəm qoluna Rəşad Sadıqovun reaksiyası - FOTO

6 Dekabr 2021 17:40 Hadisə 1 958
Namiqin möhtəşəm qoluna Rəşad Sadıqovun reaksiyası - FOTO

Rəşad Sadıqov hələm-hələm sosial şəbəkələrdə (əsasən “instagram” istifadəçisidir) paylaşım edən deyil.

Ya hansısa şəxslə fotolarını izləyicilərinə çatdırır, ya da hansısa önəmli günə hansısa formada münasibət bildirir.

“Zirə”nin çalışdırıcısı bu dəfə ölkə xaricində legioner həyatı yaşayan azərbaycanlıya dəstək olub.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

O, “instagram” səhifəsinin “hekayə” bölməsində Namiq Ələsgərovun “Denizlispor” - “Bursaspor” oyununda vurduğu möhtəşəm qolun videogörüntüsünü yerləşdirib.

Sadıqov buna qədər Mahir Emrelinin “Legiya”dakı çıxışından videolar paylaşıb.

2020-ci ildə futbolçu karyerasını başa vuran Rəşad Sadıqovla Namiq Ələsgərov vaxtilə “Qarabağ”da və Azərbaycan millisində komanda yoldaşı olublar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular