Messinin 30 milyona tikdiyi oteli sökürlər – FOTO

6 Dekabr 2021 18:40 Hadisə 856
Messinin 30 milyona tikdiyi oteli sökürlər – FOTO

7-ci dəfə “Qızıl top” mükafatını qazanan Lionel Messi bəd xəbər alıb.

Sportinfo.az xəbər verir ki, Barselona şəhərinin rəhbərliyi Leonun otelini sökmək barədə qərar qəbul edib.

Futbolçu bu otelin tikintisinə 30 milyon avro sərmayə qoymuşdu.

Məlumata görə, 77 yerlik otelin sökülməsi ilə bağlı qərar layihənin şəhər standartlarına uyğun gəlmədiyi üçün verilib. Otel “Nou Kamp” stadionuna yaxın ərazidə tikilib.

Argentinalı futbolçunun İbitsa və Malyorkada da otelləri var. Onlar "Majestic Hotel Group" şəbəkəsinə daxildir.

Hazırda PSJ-nın formasını geyinən 34 yaşlı ulduz Barselonadakı iqamətgahı 2017-ci ildə 30 milyon avroya alıb.

"Barselona"nın keçmiş forvardı həmin binanı aldığı vaxt bilməyib ki, tikinti normalarına əməl edilmədən inşa olunduğu üçün şəhər rəhbərliyi onu sökmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı