Şuşa azad ediləndən sonra Xankəndidə cəmi 7 nəfər qalıbmış...

25 Noyabr 2021 03:00 Hadisə 701
Şuşa azad ediləndən sonra Xankəndidə cəmi 7 nəfər qalıbmış...

Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndə və Rusiya sülhməramlıları bölgəyə daxil olanda Xankəndidə 7 nəfər qalmışdı.

Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində hazırladığı reportajda bildirib.

Bu barədə qondarma rejimin "naziri" David Babayan rusiyalı jurnalitstə məlumat verib.

O bildirib ki, keçən ilin noyabrında müharibədən əvvəl 60 min insanın yaşadığı Xankəndində cəmi 7 nəfər qalıb. Bu 7 nəfər qondarma rejimin rəhbəri Arayik Arutyunyan və onun mühafizəçiləri, həmçinin Babayanın özündən ibarət olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"