FOTO - Klub prezidenti dağa çıxmaq istədi, faciəvi şəkildə öldü

24 Noyabr 2021 01:50 Hadisə 462
FOTO - Klub prezidenti dağa çıxmaq istədi, faciəvi şəkildə öldü

Gürcüstanın “Zestafoni” klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

Sportinfo.az xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Qeyd edək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.

Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!