Mahiri Polşada dilxor edən növbəti hadisə - VİDEO

22 Noyabr 2021 17:20 Hadisə 1 157
Mahiri Polşada dilxor edən növbəti  hadisə - VİDEO

Azərbaycan millisinin üzvü Mahir Emrelinin oynadığı “Legiya” Polşa çempionatında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə “Qornik”lə qarşılaşıb.

Paytaxt klubu bu matçda 2:3 hesabı ilə uduzub.

Oyuna ikinci hissənin əvvəlində daxil olan Mahir Emreli 56-cı dəqiqədə fərqlənsə də, qolu qeydə alınmayıb. Buna səbəb Emreliyə ötürmə edən futbolçunun ofsayda olması göstərilib.

Həmin qola 3:37-ci dəqiqədən etibarən baxa bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti