Payetə butulka atan fanatı tapdı, əlbəyaxa oldu – FOTO

22 Noyabr 2021 18:40 Hadisə 544
Payetə butulka atan fanatı tapdı, əlbəyaxa oldu – FOTO

“Lion” – “Marsel” qarşılaşması yarımçıq dayandırılıb. “Lion” fanatları “Marsel”in futbolçusu Dimitri Payetin başına butulka atıblar.

Sportinfo.az xəbər verir ki, butulka atan fanat müəyyən edilib.

Maraqlıdır ki, onu elə “Lion” azarkeşlərindən biri müəyyənləşdirib. O, futbolçuya xəsarət yetirən azarkeşlə mübahisə edib və hətta əlbəyaxa da olublar.

Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra fanatları ayırmaq mümkün olub. Butulka atan azarkeşə hansı cəzanın veriləcəyi ilə bağlı məlumat, hələ ki, yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"