“Omoniya” Bakıya hansı əhval-ruhiyyə ilə gəlir? - VİDEO

22 Noyabr 2021 09:00 Hadisə 687
“Omoniya” Bakıya hansı əhval-ruhiyyə ilə gəlir? - VİDEO

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya” Kipr çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisi Bakı səfəri öncəsi X tur matçını keçirib.

Henninq Berqin yetirmələri doğma arenasında ikinci pillədə qərarlaşan “Aris”lə üz-üzə gəlib.

Birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət edən “Omoniya” son saniyələrdə daha bir qol vuraraq, matçdan 3:0 hesablı qalibiyyətlə ayrılıb.

Bununla xallarının sayını 13-ə çatdıran nikosiyalılar turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

“Qarabağ”la “Omoniya” arasında Konfrans Liqasının V turundakı oyun noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti