"O, məni söydü və zorladı - Anam qapının ağzında ağlayırdı"

21 Noyabr 2021 19:20 Hadisə 2 238
"O, məni söydü və zorladı - Anam qapının ağzında ağlayırdı"

Kubalı Mavis Alvarez Reqo əfsanəvi futbolçu Dieqo Maradonanın yetkinlik yaşına çatmayanda ona təcavüz etdiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, bu, 2001-ci ildə onun cəmi 17 yaşı olanda Kubada baş verib.

Qadının dediyinə görə, Maradona onu zorlayarkən anası qapının kənarında dayanıb, onu evə buraxmayıb.

“Anam evə gəldi, lakin Maradona qapını açmaq istəmədi. Qışqırmamaq üçün ağzımı bağladı, məni söydü. Anam qapının o biri tərəfində idi. Anam orada olduğumuzu bildiyi üçün qapını döyüb ağladı”, - Alvares deyib.

Daha sonra Maradona Mavis Alvaresi istəyinə zidd olaraq özü ilə Argentinaya aparıb və onu qapalı yerdə saxlayıb.

Qadının sözlərinə görə, Maradona onu ölkədən çıxarmağa icazə almaq üçün Kubanın ovaxtkı lideri Fidel Kastroya müraciət edib.

Mavis indi insan alveri ilə bağlı məhkəmədə ifadə vermək üçün 20 ildən sonra ilk dəfə Buenos-Ayresə qayıdıb.

Təqsirləndirilən şəxslər ötən ilin noyabrında 60 yaşında dünyasını dəyişən Maradonanın çevrəsindən olan beş nəfərdir.

Digər Xəbərlər
Xəbər Lenti