12 il əvvəl braziliyalı futbolçuya Azərbaycanda verilmiş sənəd üzə çıxdı - FOTO

20 Noyabr 2021 14:40 Hadisə 1 038
12 il əvvəl braziliyalı futbolçuya Azərbaycanda verilmiş sənəd üzə çıxdı - FOTO

Futbol təkcə bu günü yox, həm də, keçmişi ilə gözəldir.

Bəzən ötən illərlə bağlı elə bir hadisə ilə tanış olub, elə bir şəkillə rastlaşırıq ki, saatlarla dinləyib, baxmaq istəyirik.

Sportinfo.az vaxtilə ölkəmizdə çıxış edən legioner futbolçuların, eləcə də, klub funksioneri kimi çalışmış şəxslərin müsahibələrini təqdim etməklə, 10-15 il əvvəl olub-keçənlər haqda xəbərsiz olduğunuz bir çox hadisələrdən məlumatlı olmağınıza şərait yaradır.

Bu dəfə görüşünüzə müsahibə yox, nostalji şəkillə gəlməyi qərara aldıq.

Aşağıdakı fotoda gördüyünüz Markos Fereyradır. Vaxtilə “Karvan”la “Neftçi”nin formasını geyinmiş, millimizin şərəfini qorumuş braziliyalı yarımmüdafiəçi.
Markos da digər legionerlər kimi, Azərbaycanda futbol oynadığı dönəmdə Miqrasiya Xidmətinə müraciət edərək ölkəmizdə müvəqqəti yaşaması üçün 1 illik icazə alıb.

Futbolçulara verilən həmin icazə sənədi isə, yerli vətəndaşlar üçün nəzərdə tutulan şəxsiyyət vəsiqəsi ilə eynidir.

Biz gördük həmin sənədi. Siz də baxın.

Digər Xəbərlər
Xəbər Lenti