Polkovnikdən ŞOK XƏBƏRDARLIQ: Əgər bunu etməsək, gələcəkdə Qarabağda...

20 Noyabr 2021 02:50 Hadisə 1 252
Polkovnikdən ŞOK XƏBƏRDARLIQ: Əgər bunu etməsək, gələcəkdə Qarabağda...

“Ermənistan dünənki döyüşlərdəki itkilərini gizlədir.

Soruşmaq lazımdır ki, sənin 24 əsgərin hara getdi, kosmosa uçublar?! Təbii ki, ənənələrinə sadiq qalaraq itkilərini gizlətməklə məşğuldurlar.

Ermənistan bu təxribatlarla öz havadarlarının sifarişlərini yerinə yetirir. Ermənistan kimdir ki, masa arxasına oturmasın?!

Əgər təkbətək qalsalar, Azərbaycan Ermənistanı elə ilk həmlədəcə yerində otuzdurar. Sadəcə, bu oyunu oynayan iri dövlətlər buna imkan vermirlər”.

Bunu publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, biz ötən gün 41 kvadratkilometrlik ərazilərimizə nəzarəti bərpa etdik:

“Həmin ərazilər hər zaman bizim olub. Ermənilər zaman-zaman metr-metr həmin ərazilərə yiyələniblər, öz postlarını qurublar. Əsgərlərimiz də həmin ərazilərimizdə nəzarəti bərpa etdilər. Ermənilər Paşinyanın dediyi kimi, ərazi itirməyib, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa edib, orada möhkəmlənib. Xəritələrdə də həmin ərazilər çox aydın şəkildə görünür. Azərbaycan Ordusunun kifayət qədər silah-sursatı var. Düşünürəm ki, Azərbaycan özünün müdafiəsini təmin etmək üçün hər bir imkana malikdir. Yeganə məsələ Ermənistanı yerində oturtmaq, bu istiqamətdə işlər aparmaqdır. Ermənistan və Rusiyanın cinayətləri ucbatından bizim şir kimi oğullarımız şəhid olublar. Azərbaycan oğulları həmin yüksəkliklərin üstünə çıxsalar, Ermənistan əsgərlərinin bağrı yarılar. Sadəcə olaraq suları bulandıran Rusiya və Fransadır”.

Polkovnikin fikrincə, ermənilərin bu təxribatları bizi qarşıda gözləyən böyük təxribatların işartılarıdır:

“Nə qədər ki, rusiyalı sülhməramlılar özlərini yekəxana aparacaqlar, nə qədər ki, Ermənistanın havadarlarının həyasızlığı artacaq, bu məsələ öz həllini tapmayacaq. Rus sülhməramlıları 3 əsgərimizin həyatına sui-qəsd edən terrorçu Mirzoyanı Ermənistana qaytarırsa, onların üzünə tüpürmək lazımdır. Onları iti qovan kimi ərazilərimizdən qovmalıyıq. Biz öz ərazimizdə erməni terrorçularını tərk-silah edirik, sülhməramlılar onu Ermənistana qaytarır. Bütün bunların qarşısı vaxtında alınmasa, Ermənistan 1 dəfə yox, 100 dəfə təxribat törədəcək. Ermənilərin və onların havadarlarının qarşısı alınmasa, biz yenə də oğullarımızı itirəcəyik, şəhidlər verəcəyik. Yaralananlarımız olacaq. Rusiyalı sülhməramlılar özlərini normal şəkildə aparmırlar”.

Üzeyir Cəfərovun sözlərinə görə, biz düşünürük ki, Rusiya Ermənistanı ağıllandıracaq, amma bu, mümkün olmayacaq:

“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb. Təxribatçı erməni əsirlər məsələsi ilə bağlı yenidən onu dövriyyəyə buraxmaq istəyir. Təxribatçı əsir Ermənistana qaytarılmamalıdır. Onların hər biri məhkəmə qarşısına çıxarılmalı, cəzalandırılmalı və layiq olduqları cəzaları almalıdırlar. İndi Rusiya, Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədi ilə bağlı məsələləri müzakirə etməyə başlayıb. Yenidən ABŞ-ın Dövlət Departamenti, ATƏT-in Minsk qrupu üzə çıxıb. Bu vaxta qədər görünmürdülər və bir dənə də olsun addım atmırdılar. Ermənistan onların əlində alət olduğu üçün ona bu qədər havadarlıq edirlər. Ermənistan onlar üçün çox vacib bir “maşa”dır, istədikləri vaxt sağa-sola fırladırlar. Rusiya istəyir ki, müzakirələr uzansın. Müzakirələr nə qədər uzansa, Moskvanın Ermənistanın yanında hörməti, çəkisi artacaq”.

Digər Xəbərlər
Xəbər Lenti