Prezidentlə xanımı Zəngilanda hansı radionu dinləyirdi?

23 Oktyabr 2021 18:10 Hadisə 537
Prezidentlə xanımı Zəngilanda hansı radionu dinləyirdi?

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Sportinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin "Ey Vətən" mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.

Məlum olub ki, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik “Azərbaycan radiosu”nundur.

Bunu “qafqazinfo”ya həm “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən, həm də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.

Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.

Digər Xəbərlər
Xəbər Lenti