Ulduz futbolçunun evinə oğru girdi - Pul və qiymətli əşyalarını apardılar

23 Oktyabr 2021 10:20 Hadisə 292
Ulduz futbolçunun evinə oğru girdi - Pul və qiymətli əşyalarını apardılar

“Yuventus”un hücumçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

Sportinfo.az xəbər verir ki, quldurlar argentinalı futbolçunun mənzilinin birinci mərtəbədəki pəncərəsini sındıraraq içəri daxil olublar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalı versə də, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərə biliblər.

Oğrular həm də 27 yaşlı oyunçunun saat kolleksiyasını aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti