Ronaldonun ləhcəsinə lağ etdi – Allaha and olsun ki... 

22 Oktyabr 2021 18:20 Hadisə 512
Ronaldonun ləhcəsinə lağ etdi – Allaha and olsun ki... 

“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Ronaldonun ləhcəsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Fernandeş Ronaldonun nitqinin anlaşılmaz olduğunu bildirib.

O, Kriştianonun doğulduğu adanın ləhcəsinin ən pislərdən biri olduğunu deyib:

“Hərdən elə olur ki, Linqard və Reşfordun nə dediklərini anlamırsan. Portuqal dilində də belə olur.

Əgər Ronaldodan soruşsanız, təsdiq edəcək ki, onun, mənim və Dieqo Dalotun ləhcələri fərqlidir.

Kriştiano Portuqaliyanın ən pis ləhcəsində danışır (gülür). Ronaldo Madeyradandır. Allaha and olsun ki, portuqallar bu ada sakinlərinin nə dediklərini başa düşmürlər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"