“Artıq Ermənistan dövləti yoxdur, çünki millət deyilik”

19 Oktyabr 2021 02:50 Hadisə 1 247
“Artıq Ermənistan dövləti yoxdur, çünki millət deyilik”

“Mübahisə olunmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Ermənistan sadəcə BMT-yə üzv olan ölkələr siyahısında Argentina və Avstraliya arasında yerləşən əlifba sırasında göstəricidir, ritual detaldır, siyasi anlaşılmazlıqdır.

Dövlətimiz kapitulyantın günahı ucbatından yox olmayıb, səbəb daha dərindir. Dövləti millət yaradır. Artıq Ermənistan Respublikası yoxdur, çünki erməni milləti yoxdur.

Bu gün bir millət yerinə 29.000 kvadrat kilometrdə bioloji populyasiya yaşayır. Populyasiyanın isə dövləti ola bilməz.

Ən yaxşı halda arealı ola bilər. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, tezliklə Qırmızı kitaba düşəcək etnoqrafik alt növdür”, - deyə Aşotyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti