Polşalı legioner "Qarabağ"a qarşı - Çətin günləri arxada qaldı

16 Oktyabr 2021 17:20 Hadisə 851
Polşalı legioner "Qarabağ"a qarşı -  Çətin günləri arxada qaldı

Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Qazaxıstan "Kayrat"ının futbolçusu Yatsek Quralski sıraya dönüb.

Sportinfo.az xəbər verir ki, uzun müdət yaşıl meydanlardan kənarda qalan 29 yaşlı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

Fevralda diz bağları qopan polşalı oyunçu Almatı təmsilçisi ilə məşqlərə start verib. Onun qarşıdakı görüşlərdə iştirak edə biləcəyi bildirilib.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti