Mahir Emrelinin transfer qiyməti o qədər qalxdı ki…

16 Oktyabr 2021 13:40 Hadisə 919
Mahir Emrelinin transfer qiyməti o qədər qalxdı ki…

"Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib.

Emreli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür.

Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. Onun əvvəlki qiyməti 1 milyon avro olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu