AFFA Türkiyənin məşhur serialında necə “peyda olub?” - VİDEO

15 Oktyabr 2021 17:40 Hadisə 1 369
AFFA Türkiyənin məşhur serialında necə “peyda olub?” - VİDEO

Türkiyənin məşhur “Təşkilat” serialında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) reklam olunub.

Serialın növbəti bölümündəki bir neçə epizodda tanınmış aktyorlar üzərində AFFA-nın loqosu olan idman geyimlərində rol alacaqlar.

Bununla bağlı sosial şəbəkələrdə müxtəlif rəylər paylaşılıb. Iddia edilir ki, AFFA-nın “Təşiklat”a sızması təsadüfi deyil və məqsəd reklam əməkdaşlığıdır.

Federasiya hələlik bu barədə heç bir açıqlama vermir. Amma bizdə olan məlumata görə, həqiqətən də AFFA-nın loqosu olan idman geyimləri təsadüfən “Təşkilat”a gedib çıxmayıb.

Bu, azərbaycanlı futbol funksionerlərinin təşəbbüsü ilə baş verib. Anlaşmanın şərtlərinə gəlincə, qeyri-rəsmi bilgiyə görə, AFFA serialı çəkən şirkətə 100 min dollara yaxın vəsait ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti