Bir məşhur getdi, bir məşhur gəldi - Baş məşqçi postu əl dəyişdi

14 Oktyabr 12:00 Hadisə 367
Bir məşhur getdi, bir məşhur gəldi - Baş məşqçi postu əl dəyişdi

Argentina yığmasının sabiq hücumçusu Ernan Krespo “San-Paulu”nun baş məşqçi postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Kollektiv hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Krespo bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı. “San-Paulu” onun rəhbərliyi altında ştat çempionu olmuşdu.

Artıq onu kimin əvəz edəcəyi də bəllidir. “San-Paulu” məşhur bombardir-qapıçı Rojerio Seni ilə anlaşıb.

Onunla 2022-ci ilin dekabrına qədər müqavilə bağlanıb. Seni 13 mövsüm “San-Paulu”nun şərəfini qoruyub. O, karyerası ərzində 135 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 09:00 Eh, qızlar… FOTOLAR