Bakı klubundan ayırldı, model oldu, mağazanın siması seçildi

12 Oktyabr 23:40 Hadisə 542
Bakı klubundan ayırldı, model oldu, mağazanın siması seçildi

“Səbail”in sabiq qapıçısı Nikolas Hagen özünə yeni peşə tapıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı tərk etdikdən sonra Norveçə köçən qvatemalalı qolkiper modelliyə başlayıb.

Yayda ikinci liqa təmsilçisi “Ham-Kam”a keçən 25 yaşlı kiper 15 ildir fəaliyyət göstərən bir mağazanın siması seçilib.

Hagen həmin mağazanın geyimlərini reklam edib. O, xüsusən də, idman geyim dəstlərində kameralar qarşısına çıxıb.

O, hazırda karyerasını Norveçdə davam etdirir - "Hamarkameratene" ilə anlaşıb.

2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən qvatemalalı 27 oyunda meydana çıxıb və bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.

"Hamarkameratene" ölkənin ikinci liqasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası