Bu ölkədə azərbaycanlı məşqçilərin işləməsinə icazə verildi

25 Sentyabr 2021 19:00 Hadisə 1 349
Bu ölkədə azərbaycanlı məşqçilərin işləməsinə icazə verildi

İran Futbol Federasiyası əcnəbi statuslu məşqçilərin yerli klublarda çalışmasına goyduğu qadağanı ləğv edib.

Bu qərar həm Persian Liqa, həm də birinci liqa təmsilçilərinə aiddir. Yenilik 2021/2022-ci il mövsümündən etibarən qüvvəyə minəcək.

Əslində, Arazın o tayında növbəti “futbol ili”nə sentyabrın ortasında start verilməli idi. Lakin koronavirusa yoluxanların sayının artması ilə əlaqədar federasiya gələn sezonun açılışını 30 gün müddətinə ertələyib.

Qurum əcnəbi mütəxəssislərlə anlaşacaq klubların qarşısında 1 şərt irəli sürüb: onlar öncədən federasiyanın hesabına depozit yerləşdirməlidir.

Məsələ ondadır ki, İranın yüksək və aşağı liqalarında mübarizə aparan komandaların vaxtilə əməkdaşlıq etdiyi məşqçilərə yetərincə böyük məbləğdə borcu yığılıb qalıb.

Federasiya indi depozit hesabına qabaqlayıcı tədbirlər görür ki, yenə belə problemlər yaransa, mübahisə FİFA müstəvisinə qalxmasın.

Hazırda İranda azərbaycanlı məşqçilərdən çalışan yoxdur. Amma qonşu ölkəyə yollanmağa namizəd 2 var - Ramiz Məmmədov.

Son olaraq “Keşlə”də çalışan “Pro” kateqoriyalı R.Məmmədov qonşu ölkədən aldığı təklif əsasında yaxınlarda Arzın o tayına səfər edəcək.

O, yüksək liqanın 1, birinci liqanın 2 klubundan təklif alıb. “Qəbələ”nin sabiq sükançısı yerində danışıqlar aparmaq və şəraitlə tanış olmaq üçün İrana dəvət olunub.

F.Məmmədova gəlincə, Persian Liqanı tərk edən “Saypa”, həmçinin birinci liqa təmsilçilərindən ona çağırış gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda