Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - Qarabağdan VİDEO

22 Sentyabr 2021 02:10 Hadisə 695
Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - Qarabağdan VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 9/10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı pozublar.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Haqqin.az” yazıb.

Məlumata əsasən, rus sülhməramlılar Qarabağ dağlarında şərti yaralanmış şəxsin təxliyyəsi ilə bağlı təlimlər həyata keçiriblər.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, təlim Xocalı hava limanında Mi-8 AMTŞ tipli “Terminator” helikopteri vasitəsilə keçirilib.

Qeyd olunur ki, sözügedən təlim üçtərəfli bəyanatın Qarabağda istifadə olunmasına icazə verilən hərbi texnikalar bəndini kobud şəkildə pozur.

Belə ki, nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib.



Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"