"Qəbələ"li Nəriman Həbibin qohumuna nokautla qalib gəldi

18 Sentyabr 2021 02:10 Hadisə 550
"Qəbələ"li Nəriman Həbibin qohumuna nokautla qalib gəldi

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı "Qəbələ"li yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb.

O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib. Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub

. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə 11 döyüşdür uduzmur.

O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti