Həbibin Vüsala qalib gəldiyi döyüşdə aldığı qazanc: "Pulları götürdüm və evə qayıtdım”

18 Sentyabr 2021 01:10 Hadisə 995
Həbibin Vüsala qalib gəldiyi döyüşdə aldığı qazanc: "Pulları götürdüm və evə qayıtdım”

Yüngül çəkidə UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun ilk peşəkar döyüşdəki qazancı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu rusiyalı idmançının özü açıqlayıb.

Həbibin MMA-dakı ilk peşəkar döyüşü 2008-ci ilin sentyabrında baş tutub. O bildirib ki, Ukraynanın Poltava şəhərində Azərbaycan təmsilçisi Vüsal Bayramovla qarşılaşma asan keçib:

“MMA-dakı ilk döyüşümə görə 2 min dollar qazandım. 19 yaşım var idi. Atam peşəkar döyüşə keçməyin vaxtı olduğunu dedi.

Mənə ilk rəqib təklif olundu. Soruşdum ki, həqiqətən bir döyüş üçün 2 min verəcəksiniz? “Hə” cavabı aldım.

Onda bu böyük pul idi, 13 il keçib. Rəqibin döyüşlərinə baxdım. Dedim ki, bu asan pullardır, getdik.

Döyüş Ukraynada oldu. Rəqibimi döyüşün ilk bir neçə dəqiqəsində bitirdim. Pulları götürdüm və evə qayıtdım”.

Digər Xəbərlər
Xəbər Lenti