Tanınmış azərbaycanlı futbolçu klub yaratdı – Öz rayonu üçün

17 Sentyabr 2021 17:20 Hadisə 1 479
Tanınmış azərbaycanlı futbolçu klub yaratdı – Öz rayonu üçün

“Qəbələ”nin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov yeni klub yaradıb.

Sportinfo.az xəbər verir ki, klub “Cəbrayıl” adlanır.

“Cəbrayıl”ın yeni mövsümdən Region Liqasında mübariz aparması gözlənilir.

Cavid Hüseynov əslən Cəbrayıl rayonundandır. Onun atası baş leytenant Şakir Abbasov 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

35 yaşlı futbolçu hazırda karyerasına məcburi ara verib. Ötən mövsümü “Qəbələ”də keçirən orta sahə oyunçusu 3 aydır özünə yeni komanda tapa bilmir.

“Keşlə” ilə müqavilə bağlayacağı gözlənilirdi, gəl ki, Sənan Qurbanov “Qəbələ”dən yaxşı tanıdığı simanı bura gətirməkdən son anda imtina etdi.

Digər Xəbərlər
Xəbər Lenti